Accessibility links

Prezident Buş İraqa əlavə qoşun göndərməyi planlaşdırır


ABŞ mediasında dolaşan məlumatlara görə Prezident Buşun yeni İraq strategiyası Bağdada əlavə 20 min qoşun göndərilməsini və İraqlılara iş yerlərinin açılması üçün 1 milyard dollar ayırmağı nəzərdə tutur. Nyu York Taymz qəzeti qarşıdan gələn günlərdə prezident Buşun yeni strategiyanı açıqlayacağını xəbər verir.

Ötən həftə Konqresə nəzarəti ələ alan Demokratlar İraqa əlavə qoşun göndərilməsinin əleyhinə çıxırlar. Televziyada müsahibə verən Demokrat liderlər Harry Reyd və Nənsi Pelosi prezident Buşdan əlavə qoşun göndərmək haqda planın detallarını açıqlamağı tələb edirlər.

Bu arada ABŞ hərbisi İraqda 5 əsgərinin həlak olduğunu xəbər verib. Başqa xəbərdə isə bütün ölkə boyu 13 İraqlının qətlə yetirildiyi bildirilir.

XS
SM
MD
LG