Accessibility links

Çavez Venesuelanı sosializmə transformasiya etmək istəyir


Venesuela prezidenti Huqo Çavez ölkə iqtisadiyatının strateji sektorlarının milliləşdiriləcəyi barədə planlarını elan edərək, ölkəsinin sosializmə transformasiya olunacağını deyib.

Bazar ertəsi cənab Çavez ölkənin elektrik təchizat sistemini və ən böyük telekommunikasiya şirkəti olan CANTV-ni dövlətin balansına keçirmək üçün parlamentdən əlavə səlahiyətlər istəyəcəyini deyib.

Cənab Çavezin sözlərinə görə, Venesuela indi xaricilərin nəzarəti altında olan iqtisadiyat sektorlarını geri tələb etməlidir. O həmçinin Mərkəzi bankın muxtar statusunun ləğvinə çağırıb.

Çavezin çərşənbə günü özünün ikinci altıillik prezidentlik dövrünə başlamazdan əvvəl andiçmə mərasimi keçiriləcək.

XS
SM
MD
LG