Filippin adalarında təşkil ediləcək ASİAN ölkələrinin samamtində terrorizm, azad ticarət və Şimali Koreyanın nüvə proqramı müzakirə mövzuları olacaq. Dekabrt ayında keçiriləcəyi nəzərdə tutulan, lakin tarixi dəyişdirilən bu tədbirdə regional liderlərin təşkilatın quruluşunda dəyişikliklər məsələsini müzakirə edəcəyi gözlənilir. Cənub-şərqi Asiya üçün terrorizm olduqca həssas bir məsələdir. Belə ki, islamçı terror qrupu Cəmaa-İslamiyyə regionda ən ciddi hücumların məsuliyyətini daşıyır. Bu qrupun üzvlərinin Filippində də mövcud olduğu təxmin edilir. Cənub-şərqi Asiya ölkələri assosiasiyası ASEAN-ın builki sammitində terrorizmə qarşı qətnamə qəbul ediləcəyi gözlənilir. Bu plan ASEAN-a üzv 10 ölkəyə terrorizmdə şübhələnilənlərə dair məlumat mübadiləsinə imkan yadaracaq. ASEAN sammiti zamanı müzakirə ediləcək digər bir məsələ təşkilatı qanuni baza ilə təmin edən və razılıqların həyata keçirilməsinə kömək edən qurumun xartiyası olacaq. Sənəd qrupun daxili dəyişiklikləri və qanunlara itaət etməyən üzv ölkələrin cəzalandırlmasında böyük əhəmiyyət kəsb edəcək. ASEAN sammitində regional inteqrasiyanın sürətləndirilməsi, 2020-ci ilədək deyil, 2015-ci ilədək ortaq bazarın yaradılması kimi məsələlərin müzakirəsinə də yer veriləcək. Burada regionda məhsullar, xidmətlər və investisiya qoyuluşunun axınını təmin etməklə, qlobal iqtisadiyyatın inkişafı nəzərdə tutulur. Qeyd edək ki, ASEAN təşkilatı fəaliyyətə başladığı ilk illərində cəmi 6 üzvə malik idi. 1967-ci ildə təsis edilən quruma İndoneziya, Malayziya, Filippin, Sinqapur və Tailand üzv idi. Hazırda 39 yaşı olan bu qurum zənginlik və inkişaf baxımından müxtəlif təbəqələrdən olan 10 üzvdən ibarətdir.