Accessibility links

Mİ 5 elektron xəbərdarlıq sistemini işə salıb


Britaniyanın yerli təhlükəsizlik xidməti Mİ 5 ölkədə terror təhlükəsi səviyyəsi barədə vətəndaşları xəbərdar etmək üçün e-mail xəbərdarlıq xidmətini işə salıb.

İnternet istifadəçiləri Mİ 5-in veb-səhifəsində qeydiyatdan keçərək ölkənin təhlükəsizlik rejimində hər hansı dəyişiklik olması barədə avtomatik xəbərdarlıqları electron poçtlarına ala bilərlər.

Hal-hazırda təhlükə səviyyəli kəskin yəni ciddiliyinə görə ikinci dərəcəli hesab edilir. Bu rejim avqust ayında hökumət terrorçuların təyyarələri maye partlayıcılarla partlatmaq cəhdinin qarşısını aldıqdan sonra elan edilib.

XS
SM
MD
LG