Accessibility links

Huqo Çaves yeni altı illik prezidentlik müddətinə başladı


Prezident Huqo Çaves Venesuela paytaxtı Karakasda inaqurasiya mərasimində ölkəsini sosializmə doğru aparacağına and içib. Çaves Venesuela iqtisadiyyatında mühüm obyektlərin milliləşdirilməsi planına görə tənqidlərlə qarşılaşır. Venesuelanın solçu lideri Çaves Miili Assambleyadan ona ölkənin elektrik şirkətləri və ən böyük telekommunikasiya sistemini milliləşdirmək üçün səlahiyyətlər verməsini istəyəcəyini bildirib. Bununla yanaşı, o, qanunvericilərdən dekret verilməklə iqtisadi dəyişiklər edilməsi üçün ona səlahiyyətlər verilməsini istəyib. Cənab Çaves deyib ki, Venesuela sosializmə doğru irəliləyir və onun qarşısını heç kəs ala bilməz.
Müxalifətdə olan qanunvericilər prezidentin Venesuelanı Kubaya bənzər totalitarizmə sürüklədiyini bildirirlər. Huqo Çaves Kuba lideri Fidel Kastroya böyük rəğbət bəsləyir.
İran prezidenti Mahmud Əhmədinejad Huqo Çavesin inaqurasiya mərasimində iştirak edib. Əhmədinejad və Çaves Nikaqaraquanın yeni prezidenti Daniyel Orteqanın andiçmə mərasiminə qatılacaqlar.

XS
SM
MD
LG