Accessibility links

Rusiya: Bankirin qətli işində daha bir həbs


Rusiya Mərkəzi bankının rəhbər işçilərindən biri korrupsiya əleyhinə mübarizəsi ilə tanınmış Andrey Kozlovun ötən il baş vermiş qətli ilə bağlı daha bir nəfər həbs olunub.

Çərşənbə günü saxlanılan Liana Əsgərovanın vəkili qadının mərkəzi bank işçisi olmadığını bildirib. Cümə axşamı isə polis ötən ilin sentyabrında baş vermiş qətli sifariş verməkdə şübhəli bilinən bankir Aleksey Frenkeli həbs etmişdi.

Frenkelin qurduğu iki bank Kozlovun çirkli pulların yuyulması ilə bağlı qanunları pozduqlarına görə onların lisenziyasını ləğv etməsindən sonra milyardlarla dollar itki vermişdi.

XS
SM
MD
LG