Accessibility links

ABŞ qanunvericiləri Bağdadda Nuri əl Malikiylə görüşüb


ABŞ senatoru Hillari Klinton İraq rəsmiləri və Birləşmiş Ştatların hərbi komandanlığı ilə görüşmək üçün bölgəyə səfər edən respublikaçı və demokratlardan ibarət nümayəndə heyətinə rəhbərlik edir. Klinton, demokrat senator Evan Bey və respublikaçı konqressmen Con Makhyu Buşun İraqa daha çox əsgər göndərmək planını açıqlamasından sonra bu ölkəyə gedən ilk qanunvericilərdir.

Senator Klinton İraqda təhlükəsizliyi necə bərqərar etmək niyyətində olduqlarını iraq rəsmilərinin özündən eşitmək istədiyini deyib. ABŞ qanunvericilərinin səfəri demokratların üstünlük təşkil etdiyi konqresin bir çox üzvlərinin Buşun İraq strategiyasını kəskin tənqidindən sonraya təsadüf edir. İraqın baş naziri Nuri Əl Maliki bu gün prezident Buşun yeni İraq strategiyasına dəstəyini ifadə edib. Onun ofisinin bu gün verdiyi bəyanatda ABŞ qüvvələrinin İraq qoşunlarına Bağdadda sülhü bərqərar etməkdə yardımçı olacağı deyilir.

XS
SM
MD
LG