Human Rights Watch insan hüquqları təşkilatının yanvarın 11-də açıqladığı illik hesabatda İranda insan hüquqları sahəsində ciddi problemlərdən söz açılır.
Təşkilat 2006-cı ilin yekunlarına dair illik hesabatında May ayında etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı təqibləri xüsusi qeyd edib. Hesabatda deyilir: “May ayında Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində yaşayan azərbaycanlılar azərbaycan dilinə qoyulan qadağalar, mədəni və siyasi fəaliyətin məhdudlaşdırılmasına etiraz əlaməti olaraq nümayişlər keçirdilər. Təhlükəsizlik qüvvələri etiraz aksiyasını zor gücünə dağıtdı və regionu tamamilə nəzarət altına aldılar. Bəzi aksiyalarda nümayişçilər dövlət ofislərinə hücum etdilər. Mayın 25-də Nəqədeh şəhərindəki toqquşmalarda dörd nəfər həlak oldu”.
Hesabatda həmçinin Xuzistan əyalətində 16 ərəbə edam hökmünün kəsilməsi, Bəhai icmasının etiqad azadlığının məhdudlaşdırılması və sair məsələlər öz əksini tapıb.