Accessibility links

Xəzər neftini bazara necə çıxarmalı?


Dünyanın son 25 ildə ən zəngin neft ehtiyatları dünya bazarından uzaqda- Xəzər dənizində aşkar olundu. Gündən-günə tələbatın və qiymətlərin artmasına baxmayaraq, həmin yataqlardan neftin dünya bazarlarına çıxarılması hələ də mübahisə predmetidir.

Ehtiyatlar olduqca böyükdür. Dənizə çıxışı olmayan keçmiş Sovet respublikası Qazaxıstanın neft və qaz ehtiyatları Alyaskanın və ya Şimal dənizinin ehtiyatlarından qat-qat artıqdır. Amma bu neft və qazı dünya bazarlarına çıxarmaq heç də asan deyil.

Vaşinqtonda enerji məsələləri üzrə ekspert Culiya Nanay deyir ki, Xəzər dənizini aralıq dənizi ilə birləşdirən Bakı Tbilisi Ceyhan kəmərinin tikintisi başa çatdıqdan sonra Türkiya də Rusiya kimi tranzit mərkəzinə çevrilib: “Birləşmiş Ştatların dəstəyi ilə Türkiyə ikinci böyük tranzit nöqtəsinə çevrildi. Türkiyənin artan önəmini yetərincə qiymətləndirmək lazımdır.”

Türkiyə indi Xəzər neftini özünün Aralıq dənizi sahilindəki Ceyhan limanından ixrac edir və gələcəkdə Xəzər qazını da Avropaya çatdırmaq ümidindədir. Ceyhan limanının üstünlüyü həm də ondadır ki, tankerlər Qara dənizlə Aralıq dənizi arasındakı boğazlardan keçməli olmurlar. Lakin Rusiyanın Qara dəniz sahilindəki limanı da tranzit baxımından önəm daşıyır. Yaxın 10 ildə Qazax neftinin istehsalının üç dəfə artacağını nəzərə alaraq, Rusiya həmin neftin özünün Novorossiysk limanı vasitəsilə daşınmasını istəyir.

Harvard Universitetindən Marşal Qoldman Rusiyanın Avropaya enerji daşımaları üzərində nəzarəti tam ələ keçirəcəyindən narahatdır: “Neft pul qazandırır neft və qaz kəmərləri isə siyasi üstünlük...”

Qoldman deyir ki, neft və qaz ixrac kəmərləri hesabına Rusiya indi öz tarixində ən güclü dövrünü yaşayır. Xəzər ixrac kəmərlərinin öz ölkəsindən keçməsini arzulayan Rumıniya prezidenti Trayan Baçesku deyir ki, Rusiyanın enerji nəhəngi qazprom Qızıl ordunun 60 il bundan əvvəl sahib olduğu nüfuza sahibdir: “Bu monopoliya Avropaya enerji təchizatında rəqabətlə balanslaşdırılmalıdır.”

Birləşmiş Ştatların bir birini əvəz edən administrasiyaları monopoliyanın aradan qaldırılması və rəqabəti dəstəkləyiblər. Enerji üzrə ekspert Culiya Nanayın sözlərinə görə, Asiyanın ən böyük sürətlə inkişaf edən enerji bazarına çevrilməsi ilə Qazaxıstan özünün neft və qazını Şərqə satmaq qərarına gəlməli olacaq: “İndi Qazaxıstan üçün ən sərfəli variant elə özünün neftini Çindən ixrac etmək ola bilər.”

Yeni neft kəməri artıq Xəzər neftinin bir hissəsini Qərbi Çinə daşıyır. Başqa kəmərlər də planlaşdırılmaqdadır.

XS
SM
MD
LG