Accessibility links

İran prezidenti Latın Amerikasına solçu liderlərlə görüşə gedib


İran prezidenti Mahmud Əhmədinejad Latın Amerikasında Birləşmiş Ştatlara tənqidi münasibət bəsləyən solçu liderlərlə alyans yaratmaq üçün bu qitədə səfərdədir. Cənab Əhmədinejad dünən axşam Nikaraqua paytaxti Manaquaya gəlib və aeroportda onu ölkənin yeni prezidenti Daniel Orteqa qarşılayıb.

Cənab Orteqa ötən çərşənbə günü Nikaraquanın prezidenti seçilib. O, ABŞ-ın müdafiə etdiyi diktator Anastasio Somozanı devirmiş sabiq Marksist üsyançı lideridir.

Cənab Əhmədinejad regional tura Venesuela paytaxtında, prezident Hyuqo Çavezlə görüşdən başlayıb. Həmin görüşdə İran və Venesueal liderləri OPEK neft kartelini neft istehsalını azaltmağa və dünya neft qiymətlərinin qalxmasına şərait yaratamağa səsləyiblər. Belə ki, bu dövlətlərin başlıca gəlir mənbəyi olan neftin qiyməti son ay ərzində 14% ucuzlaşıb.

XS
SM
MD
LG