Accessibility links

ABŞ Yaxın Şərq sülh planı “yol xəritəsini” yenidən gündəliyə gətirir


ABŞ-ın Dövlət katibi Kondaliza Rays bir neçə həftə ərzində İsrailin Baş Naziri Ehud Omert və Fələstin Prezidenti Mahmud Abbasla üç tərəfli görüş keçirmə planını açıqlayıb. Xanım Rays Misirin Luksor şəhərində müxbirlərlə söhbətində deyib ki, görüşün məqsədi yaxın şərq sülh planı “yol xəritəsini” canlandırmaqdır. Xanım Rays Luksorda Misirin Prezidenti Hüsnü Mübarəklə görüşüb.

Üç tərəfli görüşün isə tarixi və yeri hələ müəyyən edilməyib. Bu görüşdə Dövlət Katibi Rays, Cənab Olmert və Cənab Abbasın İsraillə yanbayan bir Fələstin dövlətinin yaranması məsələsini müzakirə edəcəkləri bildirilib. Xanım Rays Misirdən Səudiyyə Ərəbistanına gedecək.

XS
SM
MD
LG