Accessibility links

ABŞ Körfəz regionuna daha bir təyyarə daşıyan gəmi göndərib


Birləşmiş Ştatların təyyarə daşıyan USS Con Stennis gəmisi Vaşinqton ştatının Bremerton limanından Yaxın Şərqin Körfəz regionuna yola düşüb. Üç min iki yüz nəfərdən ibarət ekipajı olan gəmi 80-dən çox hərbi təyyarə daşıyacaq. USS Stennisin Yaxın Şərqdə yerləşdirlməsilə 2003-cü ildə İraqa müdaxilə başlanandan burada Amerika təyyarə daşıyanların sayı ilk dəfər olaraq yenə ikiyə çatdırılır. ABŞ Müdafiə naziri Robert Qeyts deyib ki, bu iki təyyarə daşıyan gəminin Yaxın Şərq sularında olması İrana ABŞ-ın hərbi gücünü nümayiş etdirmək üçün xəbərdarlıq mahiyyəti daşıyır. Bununla yanaşı, Pentaqon regiona "Patriot" tipli raket hücumuna qarşı bir təyyarə batalyonu və 21 minə yaxın əlavə əsgəri qüvvə göndərməyi planlaşdırır.
XS
SM
MD
LG