Accessibility links

Rusiya İrana raket göndərib


Rusiya müdafiə naziri Sergey İvanov öz ölkəsinin İrana yeni hava hücumu əleyhinə raketlər satdığını təsdiqləyib. İvanov bu gün Moskvada jurnalistlərə deyib ki, Moskva Tehranı iki ölkə arasındakı müqaviləyə uyğun olaraq TOR M-1 hava hücumundan müdafiə raketləri ilə təchiz edib.

İvanov nə qədər raketin göndərildiyini dəqiqləşdirməyib. Lakin müdafiə nazirliyinin adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, hələ müqavilə üzrə bütün raketlər göndərilməyib.

Keçən il BMT Təhlükəsizlik Şurası Tehranın nüvə proqramını dayandırmaqdan imtina etməsini əsas gətirərək İranla raket və nüvə texnologiyaları ilə bağlı ticarəti qadağan etmişdi.

Şurada veto hüququna malik Çin və Rusiya İranla bağlı daha ciddi sanksiyaların əleyhinə çıxış edirdilər.

XS
SM
MD
LG