Accessibility links

Rusiyada terror təhlükəsinə dair dəlil aşkar edilməyib


Rusiyanın səlahiyyətli nümayəndələri xarici kəşfiyyat mənbələrindən əldə etdikləri terror təhlükəsinə dair heç bir dəlil əldə etməyiblər. Rusiyada təhlükəsizlik səviyyəsinin qaldırılmasına səbəb hökumət rəsmilərinin ictimai nəqliyyatda terror hücumu xəbərdarlığı olmuşdu. Rusiyanın bir sıra şəhərlərinə əlavə polis qüvvələri yerləşdirilib. Bomba axtaran itlər metro stansiyalarında axtarış aparır. Müdafiə Nazirliyinin bildirdiyinə görə, hərbi obyektlər, hökumət və dövlət infrastruktlarının mühafizəsi gücləndirilib. Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti yeraltı nəqliyyata qarşı hücumla bağlı dünən məlumat əldə etmişdi.

XS
SM
MD
LG