Accessibility links

Taliban sözçüsü Molla Ömərin Pakistanda gizləndiyini deyir


Əfqanıstanda həbs olunmuş Taliban sözçüsü Məhəmməd Hənif Taliban lideri Molla Ömərin Pakistanda gizləndiyini deyib. Pakistan bu ittihamı rədd edib. Pakistan hərbi qüvvələrinin sözçüsü Şövkət Sultan Məhəmməd Hənifin bu açıqlamaları verməyə məcbur etdirildiyini deyib. Pakistan prezidenti Pərviz Müşərrəf ölkə ərazisində gizlənən yaraqlılara qarşı cəza tədbirləri görüləcəyilə hədələyib. O həmçinin Əfqanıstanı yaraqlıların Pakistanla sərhəddi keçməsinin qarşısını almaq üçün daha çox iş görməyə çağırıb. Əfqanıstan rəsmiləri Məhəmməd Hənifin Molla Ömərin Quetta şəhərində Pakistanın kəşfiyyat orqanlarının nəzarəti altında yaşadığını iddia etdiyini bildirirlər. Məhəmməd Hənif Pakistan sərhəddini keçərkən Əfqanıstan qüvvələri tərəfindən çərşənbə günü saxlanlılb.

XS
SM
MD
LG