Accessibility links

Sədrin siyasi bloku parlamentin boykotuna son qoyub


İraq qanunvericiləri radikal şiə lider Müqtəda əl-Sədrin siyasi blokunun parlamentin iki aydır sürən boykotuna son qoyduğunu bildirir. Sədrin qrupuna mənsub qanunuvericilər parlament onların tələblərini nəzərə alacaq komitəini yaradılmasına razı olduqdan sonra bu gündən ölkədəki siyasi proseslərə qoşulacaqlarını elan ediblər. Şiə siyasi blokun üzvləri yeddi həftə bundan əvvəl İraqın baş naziri Nuri əl-Məliki və prezident Buş arasında Əmmanda zirvə görüşünə etiraz əlaməti olaraq parlamenti tərk etmişdi. Sədrin bloku parlamentdə 30 yerə malikdir və blokun altı üzvü Nuri əl-Məlikinin kabinetində təmsil olunub. Siyasi blokun üzvləri parlamentin komitəsiin ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması haqda onların tələblərini araşdırdığnı bidiriblər.
XS
SM
MD
LG