Accessibility links

Livan hökuməti əhalini tətil çağırışlarına əhəmiyyət verməməyə çağırıb


Livanın baş naziri Fuad Siniora əhalini müxalifətin sabah keçirəcəyi tətil çağırışına əhəmiyyət verməməyə çağırıb. O, bu gün müxbirlərlə söhbətində deyib ki, əhali təhlükəsizlik qüvvələrinin tətildə iştirak etməyənlərin təhlükəsizliyini təmin edəcəyinə inanmalıdır. O, müxalifətin bəzi tələblərini yerinə yetirə biləcəyini desə də, hökumətin qərarları barədə müxalifətə veto hüququ verməyəcəyini təkrarən təkid edib.

Qeyd edək ki, müxalifətdəki Hizbullah qrupu hökuməti hakimiyyəti bölüşməyə razı salmaq üçün tətil və kütləvi nümayişlərin keçirilməsinə çağırıb.

XS
SM
MD
LG