Accessibility links

Livan şəhərlərində ümummilli tətil çağırışı ilə nümayişlər keçirilib


Bu gün Livanda minlərlə insan baş nazir Fuad Siniora hökumətinin hakimiyyətdən salınması məqsədi ilə ümumilli tətil çağırışı ilə nümayiş keçirib.

Hizbullah təşkilatının tərəfdarları paytaxt Beyrutun və digər şəhərlərin əsas küçələrini bağlayaraq, demək olar ki, çox yeri iflic vəziyyətinə salmişlar. Rəsmilərin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri, hökumət və müxalifət tərəfdarları arasında Beyrut və digər bölgələrdə baş verən toqquşmalar nəticəsində 40 nəfər yaralanıb, 2 nəfər isə həlak olub.

Nümayişçilər Beyrutun beynəlxalq hava limanına aparan yolları bağlayıb, beynəxlaq uçuşların dayandırılmasına səbəb olublar. Müxalif lider və Hizbullahın müttəfiqi, general Mişel Aoun zorakılıqlara görə hökumət və onun tərəfdarlarını günahlandırıb.

Livan rəsmiləri baş nazir Sinioranın vəziyyəti yaxından izlədiyini deyirlər. Qeyd edək ki, Qarşıdiurma Livanda siyasi prosesləri iflic vəziyyətinə salıb. Dekabr ayından etibarən müxalifət fəalları Sinioranın ofisi qarşısında düşərgə salaraq, onun istefasını tələb edir.

XS
SM
MD
LG