Accessibility links

Lyuis Libbinin məhkəmə prosesi işinə başladı


ABŞ-ın vitse-prezidenti Dik Çeyninin sabiq yardımçısı Lyuis Libbinin məhkəmə prosesi başlayıb. O, Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşının kimliyi ilə əlaqədar məlumat sızılması ilə bağlı istintaq zamanı yanlış məlumat verməkdə ittiham edilir.

Məhkəmə prosesi zamanı Dik Çeyni, hökumətin yüksək səlahiyyətli nümayəndələri və jurnalistlərin ifadə verəcəyi gözlənilir. Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Valeri Pleymin kimliyinin ifşası ilə bağlı cinayətlə əlaqədar məsuliyyətə cəlb edilən olmayıb. Lakin Federal Təhqiqat Bürosu və məhkəmə jürisi qarşısında yalan məlumat verməkdə ittiham edilən Libbi vəzifəsindən istefa verib.

XS
SM
MD
LG