Accessibility links

Prezident Buş illik hesabat məruzəsində İraq barədə yeni strategiyanı müdafiə edib


Prezident Buş dünən verdiyi illik hesabatda Konqresi yeni İraq strategiyasının işləməsinə şans verməyə səsləyib. Amerika İraqda uğursuzluğa düçar olmamalıdır, deyə cənab Buş Çərşənbə Axşamı bildirib və izah edib ki, həmin ölkəyə əlavə 20 min əsgərin göndərilməsi uğur şanslarını yüksəldən böyük faktordur.

Hazırda Konqresə nəzarət edən müxalif demokratlar və cənab Buşun mənsub olduğu Respublikaçılar partiyasının bir neçə qanunvericisi prezidentin planına skeptik yanaşır.

Cənab Buş bildirib ki, qanunvericilər 2003-cü ildə İraqa hərbi müdaxiləyə səs verəndə uğursuzluğa səs verməmişdilər. O, xəbərdarlıq edib ki, əgər Amerika qüvvələri Bağdad təhlükəsiz olmadan İraqı tərk etsə onda İraq hökumətini ekstremistlər yıxacaq və münaqişə bütün Yaxın Şərqi bürüyəcək. Lakin o, həmçinin bildirib ki, Amerikanın İraqda öhdəlikləri sonsuz deyil. Prezident Buş bəyan edib ki, Amerika Yaxığn Şərqdə öz maraqlarını terrorçulara qarşı mübarizə aparmaqla və mötədillərə yardım etməklə müdafiə etməlidir.

XS
SM
MD
LG