Accessibility links

ABŞ İraqa yeni ordu generalı göndərir


ABŞ prezidentinin yeni müharibə planını həyata keçirəcək ordu generalı İraqdakı vəziyyətin ciddiliyini etiraf etsə də, Amerika ictimaiyyəti və məsələyə skeptik münasibət bəsləyən Konqresi səbir nümayiş etdirməyə çağırıb. Senatın Silahlı Qüvvələr Komitəsində ifadə verən general-leytenant Deyvid Petraus bildirib ki, İraqda irəliyə doğru hərəkətin tez və ya asan olacağını düşünmək yanlışlıqdır. Qeyd edək ki, bəzi respublikaçı nümayəndələr də daxil edilməklə, Konqres üzvlərinin əksəriyyəti prezident Buşun 20000-dən artıq əsgəri qüvvənin İraqa göndərilməsini nəzərdə tutan yeni planının əleyhinə çıxış edir. ABŞ-ın İraqdakı ordu generalı Corc Keysinin yerinə prezident tərəfindən namizəd göstərilən general Petrausun Senatın təsidiqini əldə edəcəyi gözlənilir.

XS
SM
MD
LG