Accessibility links

İraqın baş naziri təhlükəsizliklə bağlı yeni plan hazırlayıb


İraqın baş naziri Nuri Əl Maliki deyib ki, onun Bağdadda təhlükəsizliyin təmin edilməsi ilə bağlı planı yaraqlıların məscidlərdə və ya məktəblərdə gizlənməsinə imkan verməyəcək. Cənab Maliki bu gün parlamentdə etdiyi çıxışında iraqlıları onun bu planına dəstək verməyə çağırıb. O, bu planın təriqətlərarası zorakılıqlara son qoyulmasına kömək edəcəyini deyib.

Bağdadın mərkəzindəki Şorja ticarət mərkəzində motosikletə yerləşdirilimiş bombanın partlaması nəticəsində azı 4 nəfər ölmüş, 20-yə yaxın adam isə yaralanmışdır.

İraqın vitse-prezidenti Adil Əbdul Mahdi isə İsveçrədə keçirilən Dünya İqtisadi Forumunda etdiyi çıxışı zamanı, İraqın işğalını ağılsız bir qərar adlandırıb.

XS
SM
MD
LG