Accessibility links

Corc Buş İraqdakı durumu komandirlərlə  müzakirə edir


İraq polisinin bildirdiyinə görə, Bağdadın mərkəzindəki heyvan bazarında yerləşdirilən bombanın partlaması nəticəsində 15 adam ölüb, 30 nəfər yaralanıb. Polis hücumun bu gün səhər Souq Əl Gəzl bazarında baş verdiyini bidlirib. Ənbar vilayətində isə hərbi əməliyyat nəticəsində ABŞ-ın bir dəniz piyada əsgəri həlak olub.

Dünən İraqın baş naziri Nuri ƏL Maliki siyasətçiləri Bağdadın təhlükəslizliyi ilə bağlı yeni planın dəstəklənməsinə çağırmışdı.

ABŞ prezidenti Corc Buş bu gün Ağ Evdə müdafiə naziri və yüksək rütbəli hərbi komandirlərlə görüş keçirərək, İraqdakı durumu müzakirə edib. Prezidentlə görüşdə, müdafiə naziri Robert Geyts, general Peter Peys və prezidentin ABŞ-ın İraqdakı hərbi qüvvələrinə komandir vəfizəsinə namizəd göstərdiyi, birgə hərbi qərargahlar rəisi, general-leytenant Devid Petrios iştirak edir. Qeyd edək ki, general Petriosun namizedliyi bu gün Senatda yekdilliklə təsdiq edildi.

Corc Buş bildirib ki, İraqla bağlı yeni planı pisləyən qanunvericilər öz planlarını irəli sürməlidir. ABŞ prezidenti Corc Buşun İraq daxilində əməliyyat aparan iranlıların ya ələ keçirilməsi, ya da öldürülməsinə göstəriş verdiyi bildirilir. Hökumət rəsmilərinə istinad edən Vaşinqton Post qəzeti yazır ki, bu, İranın regiondakı nüfuzunun zəiflədilməsi məqsədi ilə edilir. Qəzet son bir ildən artıq bir müddət ərzində İraqda İran agentlərinin gizli şəkildə nəzarət alıtna alındığı, onların DNK testləri keçdiyi və şəkilləri çəkildikdən sonra azadlığa buraxıldığını yazır. Vaşiqnton Post saxlanma və azadedilmə siyasətinin İranla gəriginliyin artmamasına xidmət etdiyini bildirir. Xatırladaq ki, son bir neçə həftə ərzində ABŞ hərbçilərinin reydləri nəticəsində bir neçə İran rəsmisi nəzarət altına alınmışdır.

XS
SM
MD
LG