Bu gün minlərlə adam ABŞ qüvvələrinin İraqdan geri çəkilməsi çağırışı ilə Vaşinqtonun mərkəzində nümayiş keçib. Nümayişdə Konqresin bəzi üzvləri, vətəndaş hüquqları fəalları, bəzi hərbçilər
çıxış ediblər.
Nümayişin təşkilatçısı olan Sülh və Ədalət Uğrunda Birliyin nümayəndəsi Lesli Keyqın deyib ki, nümayişçilər Amerika xalqının əksəriyyətini təmsil edir. O söyləyib ki, ABŞ Konqresinə noyabr ayında keçirilən seçkilər Amerika xalqının müharibənin əleyhinə səs verdiyi barədə şübhəyə yer qoymur.
Bugünkü nümayiş üç gün davam edəcək tədbirlərin bir hissəsini təşkil edir. Tədbirin iştirakçıları bazar ertəsi günü ABŞ Konqresinin üzvləri ilə görüşüb, Amerikanın İraq müharibəsində iştirakına son qoyulmasına çağıracaqlar.
Bir qrup insan müharibəni müdafiə məqsədilə nümayiş keçirib.