Accessibility links

ABŞ Nümayəndələr  Palatasının spikeri Nensi Pelosi Pakistana gedib


ABŞ Nümayəndələr Palatasının yeni spikeri Nensi Pelosi İslamabadda Pakistanın Prezidenti Pərviz Müşərrəflə görüşüb. Onlar terrorçuluğa qarşı mübarizə məsələsini və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Xanım Pelosinin Pakistana səfəri ABŞ qanunvericilərinin Pakistana ABŞ-ın hərbi yardımlarının bu ölkənin ifrat islamçı qruplara və Taliban yaraqlılarına qarşı göstərdiyi səylərlə əlaqələndirmək istədikləri bir zamana təsadüf edir.

Demokratların nəzarətindəki Konqresin bəzi üzvləri Pakistana hərbi yardımın Pakistanın yuxardakı məsələlər barədə əməkdaşlıq etdiyini Prezidentin Qonresə bildirməsi şərtinə bağlamaq istəyir.

Nümayəndələr Palatasının spikerinin rəhbərliyindəki nümayəndə heyyətinin sabah Əfqanıstana getməsi gözlənilir.

XS
SM
MD
LG