Accessibility links

Bağdadda 15 adam həlak olub


İraq polisinin bildirdiyinə görə, Bağdadda həyata keçirilən bomba partlayışları və atışmalat nəticəsində şiə hökumət rəsmisi də daxil edilməklə, 15 adam həlak olub. Polis yaraqlı şəxslərin Sənaye Naziriliyinin baş direktorunu daşıyan maşına hücum etdiyini, onun maşında olan qızı, sürücüsü və cangündəninin qətlə yetirildiyini bildirir. Başqa bir hücum nəticəsində Sədr bölgəsində 4 adam həlak olub. Kərbəla şəhəri ətrafında Aşura həftəsini qeyd edən şiələrin mühafizəsi məqsədi ilə minlərlə hərbi və polis qüvvəsinin əsgərləri yerləşdirilib. Paytaxtın sünnü məhəlləsindəki qız məhtəbinə qarşı top atəşi 4 məktəbli qızın ölümünə səbəb olub.

XS
SM
MD
LG