Accessibility links

İran İraqla əməkdaşlığı genişləndirmək istəyir


İranın İraqdakı səfiri deyir ki, Tehran Bağdadla iqtisadi-hərbi əlaqələrini genişləndirmək planındadır. Nyu York Taymz qəzetinə verdiyi müsahibədə Həsən Kazemi Qomi deyir ki, onun ölkəsi İraq əsgərlərini təhlükəsizlik uğrunda vuruşmaq üçün təlimləndirə və lazımi vəsaitlərlə təchiz edə bilər. O, həmçinin deyir ki, Tehran Iraqın yenidənqurulmasında məsuliyyəti öz üzərinə götürə bilər. Qomi deyir ki, İran tezliklə İraq paytaxtında milli bank şöbəsi açacaq. İraq bank rəsmilərinin bildirdiyinə görə İranın yeni bankı İraqda ilk xaricilərin sahibliyi altında işləyən kredit şirkəti olacaq. Qeyd edək ki, Vaşinqton Tehranı İraqın daxili işlərinə qarışmaqda ittiham edərək, ABŞ əsgərlərinə düşmən əməlləri törədən İranlılara qarşı hərbi qüvvədən istifadə etməyə icazə verib.
XS
SM
MD
LG