Accessibility links

Hizbullah Buş administrasiyasını günahlandırır


Şiə yaraqlı qrupu Hizbullah prezident Buşu Livanda keçən həftə baş verən təriqət zorakılıqlarında günahlandırıb. Bu gün Beyrutda çıxış edən Həsən Nəsrulla deyib ki, prezident Buş və dövlət katibi Kondolizza Rays Livanda vətəndaş müharibəsi yaratmağa çalışır. O , Buş administrasiyasının İsrailə keçən il Hizbullahın mövqelərinə hücum etməyə göstəriş verdiyini deyib. Xatırladaq ki, iyul-avqust ayları Hizbullahla İsrail arsındakı müraribə zamanı Livanda 1200 livanlı, 160 israilli həlak olmuşdu.

ABŞ prezidenti Corc Buş isə dünən deyib ki, Hizbullah Suriya və İran kimi Livandakı zorakılıqların məsuliyyətini daşıyır.

XS
SM
MD
LG