ABŞ Senatının üzvləri İraqda müharibənin başa çatdırılması və həmin ölkədə Amerika qoşunlarının artırılması ilə bağlı debatlarını davam etdirirlər. Dünən Senatın Ədliyyə Komitəsi qarşısında ifadə verən hüquqşünaslar Konqresin prezidentin döyüşə qoşun göndərmək səlahiyyətini məhdudlaşdırmaq hüququ olduğunu bildiriblər.
" hspace=2 src="/azerbaijani/images/senate_tv_17may06_150.jpg" width=150 align=left vspace=2 border=0>Pensilvaniyadan nüfuzlu Respublikaçı senator Arlen Spekter cənab Buşun "İraq məsələsində qərar-verən mənəm" deməsini sual altına alıb. Spekter söyləyib ki, "qərar vermək bölüşdürülmüş və birgə məsuliyyətdir”.
Komitənin sədri Demokrat Senator Ras Faynqold deyib ki 6 aydan sonra o, İraqa ABŞ qoşunlarının göndərilməsi üçün bütün maliyyə ehtiyatlarını kəsmək haqda qanun layihəsi təqdim edəcək.