Accessibility links

Bağdadda bomba partlayışı nəticəsində 121 adam həlak olub


Bağdadın Sədriyyə bazarı yaxınlığında yük maşınına yerləşdirilmiş bombanın partlaması nəticəsində 121 nəfər həlak olub, 255 adam isə yaralanıb. Sədriyyə bazarı şiələrin sakin olduğu bölgədə yerləşir. Partlayış nəticəsində bazardakı dükanlar dağılıb.

Bağdadın 30 kilometr cənubunda yerləşən, sakinlərinin çoxu sünni olan Mahmudiyyə şəhərində bomba partlayışı nəticəsində azı bir nəfər həlak olub.

İraqda baş verən bu partlayışlar Ayətullah Əli Sistaninin müsəlmanları təriqət zəminindəki zorakılıqlardan əl çəkməyə və birliyə çağırdığı bir vaxtda təsadüf edir.

Kərkük şəhərində də maşına yerləşdirilmiş bombanın partlaması azı 4 adamın ölümünə səbəb olub. Bundan öncə Kərkükdə bir neçə bomba partlayışı baş verib. Kərkükün polis komandiri müxbirlərə deyib ki, partlayışlarda 17 nəfər yaralanıb. İraqın hərbi qüvvələrilə yaraqlılar arasında vuruşmalar baş verdikdən sonra, Kərkük və Mosulda qadağan saatı tətbiq edilib.

XS
SM
MD
LG