Accessibility links

Bağdadda bir neçə bomba partlayışı 20 adamın ölümülə nəticələnib


İraq rəsmiləri Bağdadın bir neçə hissəsində bomba hücumlarının 20-yə yaxın adamın ölümülə nəticələndiyini bildiriblər. Bu, Birləşmiş Ştatlar və İraq hərbi qüvvələrinin Bağdadda yeni təhlükəsizlik əməliyyatlarına başlaması ərəfəsində baş verib. ABŞ rəsmiləri əməliyyatların bir neçə gündən sonra başlayacağını bildirib. Əməliyyatların aparılmasına görə məsuliyyət daşıyan İraq generalı Bağdadda komanda mərkəzini açıb. Bağdad doqquz təhlükəsizlik zonasına bölünəcək. Əməliyyatda ABŞ və İraq hərbi qüvvələrinin 90 minə qədər əsgəri iştirak edəcək. Planın tənqidçiləri onun ləng həyata keçirildiyini deyib. Lakin Ağ Evin sözçüsü Toni Snou bildirib ki, plan youna qoyulub və gözlənildiyi kimi həyata keçirilir. Bu gün habelə ABŞ-ın Bəsrədəki konsulluğu yaxınlığında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində bir Britaniya əsgərinin öldüyü bildirilir. Bununla yanaşı, ABŞ hərbi qüvvləri iraqda qüvvlərinin radikal şjiə lider Möqtəda əl-Sədrin Mehdi ordusunun iki komandirnin qətlə yetirildiyini bildiriblər.

XS
SM
MD
LG