Accessibility links

Qüdsün köhnə şəhəri bağlanıb


Polis dəstələrinin güclü nəzarəti altında İsrail arxeoloqları Qüdsdəki Əl Əqsa və Qübbə əs Səhra məscidlərinə gedən yolun yaxınlığından tonlarla daş və qırıntılar aparırlar. Amerikanın Səsinin müxbiri Cim Tipl bildirir ki, qazıntılar müqəddəs məbədlərə ziyan vura biləcəyini deyən müsəlmanları hiddətləndirib.

Bu gün qazıntılara etiraz edən fələstinli nümayişçilərin qarşısını almaq məqsədi ilə Qüdsdün köhnə şəhəri bağlanıb. Fələstin liderləri İsrailin bu addımını təcavüzkarlıq kimi qiymətləndirib. İsrail arxeoloqları əsrlərlə tarixə malik olan yolu təzələmək məqsədi ilə oradan tonlarla daş və torpaq çıxarmışlar.

Müsəlman din xadimləri Əl Əqsa məscidinə gedən qədim yolun qazıntılar nəticəsində sıradan çıxarılacağını və İslamın ən müqəddəs məscidinin təməlinə ziyan vurulacağını deyirlər. Fələstinin baş naziri İsmail Haniye bu gün fələstinliləri birliyə və Əl Əqsa məscidinin qorunması üçün daha geniş etirazlara çağırmışdır.

İsrail isə yeni yol salınmasının məscidə ziyan vurmayacağını bildirir. İsrailin qədim tarixi abidələr idarəsinin direktoru Gideon Avni qazıntıların Əl Əqsa məscidindən 50 metrdən uzaq məsafədə aparıldığını və məscidə ziyan dəyməyəcəyini deyib. Fələstinlilər isə İsrailin 1996-cı ildə qiyamlara səhnə olan məscidlərın altından tunel çəkmək istədiyini deyirlər.

XS
SM
MD
LG