Accessibility links

Birləşmiş Ştatlar Kipr məsələsinin həllinə çağırıb


Birləşmiş Ştatlar Kipr məsələsinin həllinə çağırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Şan Makkormak deyib ki, konfliktin bir dəfəlik həll olunması Kiprin sakinlərinə adanın mənbələrindən istifadə imkanı verəcək .

Onun bəyanatı Türkiyənin Yunan Kipriylə neft axdarışları barədə sövdələşməyə getməmək haqqında başqa ölkələrə xəbərdarlıq etdiyi bir zamana təsadüf edir. Keçən ay Kiprlə Livan arasındakı 200 kilometrlik sahədə dənizin dibində neft və qaz axdarışı barədə Livanla Yunan Kipri arasında müqavilə imzalanıb.

2005-ci ildə də Yunan Kipriylə Misir arasında belə bir müqavilə imzalanmışdı. Türkiyə isə bildirib ki, imzalanan müqavilələr Şimalı Kiprdəki Türklərin hüquqlarını nəzərə almır. Türkiyə belə layihələr üçün özü və Kiprin Türk tərəfiylə hesablaşmaq lazım gəldiyini və onların haqlarının taptalanmasına icazə verməyəcəyini bildirib. Yunan kipri isə Türkiyənin xəbərdarlığını qəbul edilməz bir provokasiya adlandırıb.

XS
SM
MD
LG