Qırğızıstan prezidenti Kurmanbek Bakiyev siyasi mübahisəyə son qoymaq məqsədi ilə kabinetə bir neçə üzv təyin edib. Daxili işlər naziri vəzifəsinə Bolotbek Noqoybayev təyin edilib. Hazırkı müdafiə naziri İsmayıl İsakov, baş nazir müavini Deniyar Usenov və Təhlükəsizlik Xidmətinin rəhbəri Murat Sutalinov öz vəzifələrində qalır.