Accessibility links

Ukraynada yeni siyasi koalisiya yaradılıb


Ukrayna prezidenti Viktor Yuşenko və onun sabiq müttəfiqi erkən seçkilər tələb edən qüvvələr sırasına qoşulub. Belə ki, Yuşenkonun “Bizim Ukrayna” partiyası ilə müxalifət lideri Yulia Timoşenkonun partiyası hakim partiya əleyhinə cəbhə yaradılmasına dair razılıq əldə edib. Qərb meylli yeni koalisiya həm də prezidentin səlahiyyətlərini azaldan konstitusiya dəyişikliklərinin ləğvinə çağırır. Xatırladaq ki, dəyişiklər prezidentin rəqibi, Rusiya ilə yaxın əlaqələr tərəfdarı, baş nazir Viktor Yanukoviç tərəfindən təklif edilmişdir.

XS
SM
MD
LG