Accessibility links

Kuba ABŞ hökumətini tənqid edir


Kuba ABŞ hökumətinin maliyyələşdirdiyi “Marti” tele-radio şirkətinin proqramlarını tənqid edib. Kubanın dövlət orqanı olan “Granma” qəzeti yazır ki, Amerika Kuba inqilabını sabitsizləşdirmək məqsədi ilə yeni təbliğat üsullarına əl atır. Qəzet Kuba rəsmilərinin “Marti”nin proqramlarının yayımının qarşısını alacağını yazır. Mayamidən yayımlanan proqramlar Kubada satillit vasitəsi ilə alınır. “Amerikanın səsi” kimi ”Marti” tele-radio şirkəti Direktorlar Şurasının nəzarəti altında fəaliyyət göstərir.
XS
SM
MD
LG