Accessibility links

Serbiya prezidenti Kosovonun gələcəyi ilə bağlı müzakirələrin yubadılmasını istəyir


Serbiya prezidenti Boris Tadic Kosovonun gələcək statusu ilə bağlı müzakirələrin bərpasının bir qədər yubadılmasını istədiyini bildirib. Boris Tadic deyib ki, Kosovodakı inkişafların monitorinqini həyata keçirən Kontakt Qrupu Serbiyanın iki həftə əvvəl seçilən parlamentinin ilk sessiyasınadək müzakirələri təxirə salmalıdır. Serbiya prezidenti mövqeyini bu gün Belqradda ABŞ nümayəndəsi və Avropa Birliyinin nazirlərinə bildirib. Xatırladaq ki, Kosovo tam müstəqillik tələb edir. Belqrad isə bunun qəti şəkildə əleyhinədir.
XS
SM
MD
LG