Accessibility links

Fələstin fraksiyaları arasında yenidən danışıqlar başlanıb


Xəbər verildiyinə görə, yeni hökumətin qurulması və zorakılıqların dayandırılması məqsədi ilə Fələstin fraksiyaları - Həmas və Fətah arasında Səudiyyə Ərəbistanında gedən danışıqlarda nəaliyyət əldə edilib. Fələstin rəsmilərinin bildirdiklərinə görə razılığın bir hissəsi olaraq daxili işlər və xarici işlər nazirliklərinə iki fraksiyaya da mənsub olmayan müstəqillər təyin olunacaq.

Tərəflər dünəndən bəri müsəlmanların müqəddəs Məkkə şəhərində başlanan danışıqlarda razılıq əldə edilməsi barədə öhdəlik götürmüş və razılıq əldə edilənə qədər buranı tərk etməyəcəklərini bildirmişlər.

Xatğrladaq ki, bundan əvvəl bir neçə dəfə atəşkəs haqda razılığın pozulmasından sonra Səudiyyə Ərəbistanının kralı Abdulla hər iki tərəfi yenidən danışıqlara çağırıb. Qeyd edək ki, bu fraksiyalar arasında toqquşmalar nəticəsində dekabr ayından bəri 90 nəfərdən çox fələstinli qətlə yetirilib.

XS
SM
MD
LG