ABŞ qüvvələrinin bildirdiyinə görə, Amerikanın təsadüfi hava hücumu nəticəsində İraqın kürd vilayətindəki polis idarəsinin 5 işçiçi öldürülüb. Ordunun məlumatında deyilir ki, bu gün səhər tezdən həyata keçirilən hücum Əl-Qaidə üzvlərinə qarşı idi. Kürd rəsmiləri ölənlərin sayının 8, yaralananların isə 6 olduğunu bildirir. ABŞ ordusu həmçinin bildirir ki, Amerikanın hava hücumu 8 yaraqlının ölümü və Bağdadın cənubunda binaların dağılması ilə nəticələnib. Bundan əvvəl isə Ənbar vilayətindəki hərbi əməliyyat zamanı 3 Amerika əsgərinin həlak olduğu bildirilmişdi.