Accessibility links

Daha bir neçə Avropa və İsveç parlamentarı Abbas Lisaninin durumu ilə bağlı narahatlığını  bildirib


Beynəlxalq Amnistiyanın siyasi məhbus olaraq tanıdığı Abbas Lisaninin həbsxanadakı durumu dəyişməz olaraq qalır. Ona hələ də həkim yardımı göstərilməyib. Bu həftədən başlayaraq cənab Lisani qida qəbul etməyə başlayıb. Onun evə buraxılması məsələsi hələ də həllini tapmayıb. Kanadalı hüquq müdafiəçisi Faxtə Zamani bildirir ki, Ərdəbil prokuroru məhbusun tərxis hüququnu təmin etməkdən imtina edib

Bu arada İsveç Azərbaycanlı Gənclər Federasiyasının rəhbəri Nərgiz Nedaidən aldığımız xəbərlərə əsasən Abbas Lisaninin durumu ilə bağlı narahatlığını daha bir neçə Avropa və İsveç parlamentarı bildirib. Avropa Parlamentinin Yaşıllar fraksiyasının üzvü Karl Şlayter ayətolla Seyid Əli Xamneyiyə məktubunda Abbas Lisaninin durumundan narahat olduğunu bildirib. O həmçinin qeyd edir ki, İran kimi böyük tarixə malik ölkənin siyasi münaqişələri daha sivil şəkildə çözməkdə çətinlik çəkməsi ciddi narahatlığa səbəb olur.

Avropa Parlamentinin Portuqaliyadan üzvü Paulo Kasaka Avropa Komissiyasının rəhbəri Xose Manuel Barrosoya məktubunda ondan cənab Abbas Lisaninin işinə diqqət göstərməsini xahiş edib. Cənab Kasaka Güney Azərbaycanlıların durumu ilə bağlı bir sıra öncəki bəyanatları ilə də tanınır.

Xanım Nedayi həmçinin bildirir ki, İsveç parlamentinin Xarici Məsələlər Komitəsinin üzvü Bodil Seballos Abbas Lisaninin durumu ilə bağlı bəyanat verib. Bəyanat İranın Lidinqodakı nümayəndəliyinə göndərilib.

Bodil Seballos cənab Lisaninin dərhal və şərtsiz azad olunmasını xahiş edir

XS
SM
MD
LG