Accessibility links

Beynəlxalq Amnistiya iki azərbaycanlı fəalla bağlı bəyanatlar yayıb


Beynəlxalq Amnistiya iki azərbaycanlı fəalla bağlı bəyanatlar yayıb. Bəyanatlardan biri indi azadlıqda olan, haqqındakı məhkəmə hökmünün icrası təxirə salınan Azərbaycanlı hüquq müdafiəçisi Saleh Kamrani ilə bağlıdır.

Cənab Kamrani azadlıqda olmasına baxmayaraq hələ də təzyiqlərə məruz qalır və vəkil praktikasını tam bərpa etmək hüququndan məhrum edilib. Saleh Kamraniyə qarşı irəli sürülən ittihamlar arasında onun qalstuklu şəkil çəkdirməsi və xarici hüquq müdafiə təşkilatlarına məlumatlar verməsi də var idi. Saleh Kamraniyə həbsdə ikən psixoloji işgəncə verildiyi və ailəsinə təhdidlər edildiyi qeyd olunur.

Beynəlxalq Amnistiyanın daha bir təcili tədbir kampaniyası isə Əsgər Əkbərzadə ilə bağlıdır. Ərdəbilli fəala həbsi zamanı işgəncə verildiyi və onun yenidən həbs təhlükəsi altında olduğu bildirilir.

XS
SM
MD
LG