Accessibility links

Senator Barak Obama prezidentliyə iddiasını açıqladı


ABŞ-ın İllinoys Ştatının demokrat senatoru Barak Obama 2008-ci il prezident seçkilərində namized olacağını bu günkü çıxışında elan edib. Barak Obama Prezident seçkilərində iştirakdan əvvəl Demokrat Partiyasının prezident namizedi olmaq üçün senator Hiları Klinton, vitse-prezidentliyə keçmiş namized Con Edvards ve başqa demokratlara qarşı mübarizə aparmalıdır. Bəzi rəy sorğuları namizedlik yarışında Hilları Klintonun qabaqda olduğunu göstərir. Həmin ictimai sorğularda Barak Obama isə ikinci yerdədir.

Barak Obama İllinoys Ştatın 19-cu əsrdə Abraham Linkolnün quldarlığa son qoyulmasına və ölkəni birliyə çağırdığı qədim kapitoli binası qarşısında etdiyi çıxış zamanı namizedliyini açıqlayıb. Barak Obama həmin binada ştat senatoru olaraq da xidmət edib.

45 yaşlı Afrika Mənşəli Amerikalı namized ABŞ senatındakı iki illik xidmətiylə prezidentlik üçün lazımı təcrübəyə malik olmadığı barədə tənqidlərə cavabında deyib ki, Vaşingtonda nələrin dəyişməsinin lazım gəldiyini biləcək qədər təcrübəyə malikdir. Barak Obama çıxışı zamanı İraq müharibəsinin dayandırılmasına çağırıb və deyib ki, ABŞ-ın iştirakı “başqalarının vətəndaş müharibəsini” həll edə bilməz.

XS
SM
MD
LG