Accessibility links

İsrail Əl Əqsa məscidində işləri davam etdirir


İsrail Qüdsün müqəddəs meydanında apardığı yenidənqurma işlərini bərpa etdikdən sonra yenidən fələstin ərəbləri ilə polis arasında qarşıdurma olub. İslamın üçüncü müqəddəs məbədi sayılan Əl Əqsa məscidinə aparan yolda İsraillilərin yenidənqurma işlərinə etirazını bildirənlərdən bir neçə nəfəri həbs olunub.

Yəhudi şabatı ilə bağlı fasilədən sonra bu gün İsrailli fəhlələr ciddi polis nəzarəti altında Qüdsün köhnə şəhərindəki tikinti meydançasına geri dönüblər. İsrailin baş naziri Ehud Olmert bu gün kabinetin iclasında bildirib ki, qədim yolun yenidən qurulması davam etdiriləcək.

Çünki abidənin strukturu təhlükə altındadır. Üç nazir bitərəf qalsa da kabinet yekdilliklə işlərin bərpasına səs verib.

Daşdan tikilmiş koridor Əl Əqsa məscidinin də yerləşdiyi Həram əl Şərifə gedən yoldadir. Dünyanın müsəlman liderləri İsrailin apardığəı yenidənqurma işlərinin Əl Əqsa məscidinin özülünə ziyan vurduğunu bildirib.

XS
SM
MD
LG