Accessibility links

Şimali Koreyanın tələblərinin danışıqları dalana dirədiyi bildirilir


Şimali Koreyanın nüvə proqramının ləğv edilməsi ilə bağlı Pekində gedən danışıqların iştirakçıları bildirir ki, başlıca mübahisə nöqtəsi Pxenyanın tələb etdiyi kompensasiyanın həcmidir.

Onlar Pxenyanın nüvə proqramını dayandırması müqabilində ildə 2 milyon ton mazut və 2 milyon kilovatt elektrik enerjisi istəməsi ilə danışıqların dalana dirəndiyini bildirir.

Son günlərdə Şimali Koreyanın nüvə silahları ilə bağlı altıtərəfli danışıqlarda bircə mübahisə nöqtəsinin olduğu bildirilirdi. Bazar günü Yaponiya nümayəndəsi müəmmalı mübahisə predmetinin Pxenyanın enerji yardımı ilə bağlı ifrat tələblər irəli sürməsi olduğunu açıqladı.

Keniçiro Sasae bildirib ki, əgər Pxenyan öz tələblərini yenidən nəzərədn keçirməsə razılıq əldə etmək çətin olacaq. Cənubi Koreya nümayəndəsi Çun Yunq Vunun dediyinə görə başlıca mübahisə nöqtəsi Şimali koreyaya veriləcək kompensasiyanın həcmidir.

Onun sözlərinə görə, iqtisadi və ya enerji yardımının həcmi və mütəmadiliyinin Şimali Koreyanın silahların ləğvi səyləri ilə necə uzlaşdırılması da problemdir. Danışıqların iştirakçıları Çin tərəfindən irəli sürülmüş təkliflər paketi üzərində işləyir.

ABŞ nümayəndəsi Kristofer Hill də Şimali koreyanın tələblərinin razılığın qarşısını alan başlıca faktor olduğunu söyləyir: “Mən deyərdim ki, Şimali Koreya bizim gələcək addımlarımız barədə həddindən artıq dəqiq proqnozlar istəyir”

Şimali Koreya ilə Birləşmiş Ştatlar arasında 1994 cü ildə bağlanan müqaviləyə əsasən Vaşinqton Pxenyana köhnə üslublu Yonqbyon nüvə reaktorunu bağlaması əvəzində yüngül su-nüvə reaktoru verəcəyini söz vermişdi. Lakin bu razılaşma 2002-ci ildə Vaçşinqtonun Şimali Koreyanı öhdəliklərinə xilaf çıxmaqda günahlandırması ilə pozulmuşdu.

2003-cü ildə işini bərpa edən reaktor ekspertlərin fikrincə bir neçə nüvə bombası üçün kifayət edəcək plutoniy istehsal edib. Ötən ay isə Şimali Koreya nüvə sınağı keçirib.

XS
SM
MD
LG