Accessibility links

İsrail Fələstin milli birlik hökuməti ilə bağlı mövqeyini müəyyənləşdirməyib


İsrailin baş naziri bildirib ki, onun ölkəsi Fələstində milli birlik hökumətinin yaradılması barədə razılaşmanı nə qəbul, nə də inkar edir. Sənədə əsasən, Fətah və Həmas qrupları milli birlik hökumətui yaratmaq barədə razılığa gəliblər.

İsrail kabinetinin iclasında çıxış edən baş nazir Ehud Olmert deyib ki, İsrail razılaşmanın detallarını daha dərindən öyrənmək istəyir. O, İsrailin Fələstin hökuməti ilə danışıqlarının şərtlərini təkrar edib: Fələstinlilər İsraili tanımalı, xorakılığı pisləməli və yəhudi dövləti ilə indiyə qədər əldə olunan razılıqları qəbul etməlidirlər.

Şənbə günü Həmasın baş məsləhətçisi Əhməd Yusif yeni hökumətin İsraili ytanımayacağını deyib

XS
SM
MD
LG