Accessibility links

Türkmənistan seçkilərində seçicilərin 85 faizinin iştirakı bildirilir


Türkmənistanda ilk dəfə olaraq çox-namizədli prezident seçkiləri keçirilir. Seçkilərdə 6 namizəd iştirak edir. Onlardan biri dekabrda qəflətən vəfat edən totalitar prerzident Saparmurad Niyazovun yerini tutacaq.

Türkmənistanın seçki komisiyası günün ikinci yarısınadək qeydiyatda olan seçicilərin 85 faizinin səs verdiyini bildirib. ATƏT seçkiləri müşahidə etmək üçün özünün nümayəndə heyətini Türkmənistana göndərməyib.

Müstəqil Dövlətlər Birliyindən də bu seçkiləri müşahidə edən heyət yoxdur. Seçkilərin ilkin nəticələrinin bazar ertəsi elan ediləcəyi gözlənilir. Müvəqqəti prezident Berdiməhəmədovun rəqiblərinə qələbə çalacağı güman edilir. Lakin Heritage fondunun Moskva şöbəsinin direktoru Yevqeyni Volk deyir ki, cənab Berdiməhəmədov asanlıqla prezidentlik edə bilməyəcək. O, hakimiyyət başına gəldikdən sonra özünü yeni bir lider kimi nümayiş etdirməlidir. Mərhum prezident Niyazov ölkədə səxşiyyətinə pərəstiş kultu yaratmışdı.

Türkmənistanda hakimiyyət uğruda müxtəlif qruplar arasında gərgin mübarizə baş verə bilər. Cənab Berdiməhəmədov vəd edib ki, əgər o prezident seçilsə prezident Niyazovun siyasətinin davam etdirəcək. O həmçinin ölkədə cüzi islahatların həyata keçiriləcəyindən də söz açır. Türkmənistan zəngin yanacaq yataqlarına malik olduğuna görə orada sabitliyin olması həm Rusiyanın həm də Qərbin mənafeyinə xidmət edir.

XS
SM
MD
LG