Accessibility links

İran Amerika rəsmilərinin ittihamlarını rədd edir


Tehran Amerikanın İran liderlərinin İraqda bomba hücumlarına göstəriş verdikləri barədə ittihamlarını rədd edib. Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni deyib ki, ABŞ-ın ittihamları qəbuledilməzdir və Vaşinqton əsassız dəlillərə əsaslanır. Dünən Bağdadda bir qrup Amerika rəsmisi jurnalistlərə Amerika əsgərlərinə qarşı istifadə edilən bombların İranda hazırlandığına dair dəlilləri nümayiş etdirmişdi. Adları açılanmayan həmin rəsmilər 2004-cü ildən bəri belə hücumlar zamanı koalisiya qüvvələrinin 170 əsgərinin öldürüldüyünü bildiriblər. Onlar partlayıcı maddələrin İranın İnqilab Qvardiyası agentləri tərəfindən İraqa ötürüldüyünü deyiblər.

XS
SM
MD
LG