Accessibility links

Şiə məhəllələrinə hücumlar artmaqdadır


İraq polisinin bildirdiyinə görə, bu gün Bağddaın şiə məhəlləsindəki kollec yaxınlığında kamikadze hücumu 15 nəfərin ölümü, 30 nəfərin yaralanmasına səbəb olub. Hücum 2 həftəlik tətildən sonra tələbələrin kollecə qayıtdıqları vaxta təsadüf edir.

Bağdadın qərb hissəsindəki İskan məhəlləsindəkı özəl kollec və ticarət nazirliyinin ərzaq anbarı yaxınlığında baş verən partlayışın şahidlərindən Luay Həsən adlı şəxs hadisə haqda belə deyir: "Üç nəfər gənclə birlikdə küçədə gəzərkən bir maşının partladığını, yaxınlıqdakı evlərdə insanların öldüyünü, eləcə də, partlayışın mənimlə birlikdə gəzən gənclərdən birinin başını qopardığını gördüm."

Hadisənin şiə məhəlləsində baş verməsinə baxmayaraq, kollecdə müxtəlif dinlərin nümayəndələri təhsil alır. Qeyd edək ki, Bağdad sakinləri rəsmilərin mülki vətəndaşların təhlükəsizliyinin təminini vəd edən yeni planın tətbiqini səbirsizliklə gözləyirlər. Lakin plana həm ABŞ qanunvericiləri , həm də iraqlılar arasında skeptik münasibət göstərənlər var.

Birləşmiş Ştatlar Konqresinin nümayəndələri İraqda təhlükəsizliyin təmin edilməsi üçün İraqa 20 000-dən artıq əlavə əsgəri qüvvə göndərilməsi planının əleyhinə olan qətnaməni müzakirə edirlər.

XS
SM
MD
LG