Accessibility links

Əl Qaidə müsəlmanları birliyə və cihada çağırıb


Əl Qaidənin rəhbərliyində ikinci şəxs – Ayman ƏL Zəvahiriyə aid olduğu güman edilən yeni audio mesajda müsəlmanlar birliyə çağırılır və ABŞ-ın İraq siyasətinin tənəzzül etdiyi bildiriilir.

Əl Qaidənin rəhbər müavininin şəkli ilə müşayiət olunan yeni mesaj İslam yaraqlılarının veb səhifələrinə nəzarət edən SİTE İnstitutu tərəfindən aşkarlanıb. Klipin məzmunu müstəqil mənbə tərəfindən təsdiqlənməyib.

İnstitut bildirir ki, Zəvahiri prezident Buşun İraq planını ölkəni dərin quyuya salacaq qumar oyununa bənzədib.

Cənab Buş İraqda təriqətlərarası müharibəyə son qoymaq üçün 20 min əlavə qoşun göndərilməsi barədə sərəncam verib. Əl Qaidənin mesajı müsəlmanları birləşərək cihad etmək üçün Əfqanıstan, İraq və başqa ölkələrə çağırır.

XS
SM
MD
LG