Accessibility links

İsrailin baş naziri rəsmi səfərlə Türkiyədədir


Türkiyədə səfərdə olan İsrailin baş naziri Ehud Olmert bu gün Ankarada Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanla görüşüb. İki günlük səfəri zamanı Türkiyə rəsmiləriylə onun İsrail-Fələstin problemi və İranın nüvə proqramının müzakirələri güzlənilir.

Türkiyənin Milliyyət qəzetinin yazdığına görə, Ehud Olmert deyib ki, İranı nüvə proqramını nəzərdən keçirməyə daha sərt iqtisadi sanksiyalar məcbur edə bilər. Qeyd edək ki, İsrail İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasında Türkiyənin dəstəyinə ümid edir.

XS
SM
MD
LG